Nilüferin övladlığa götürdüyü 26 yaşlı qızı evləndi
15
iyl
2026
11:57
Müğənni Nilüferin yeganə övladı Ayşe Nazlı Yumlu evlənib.
BAKU.WS xəbər verir ki, Ayşe uzun müddətdir eşq yaşadığı Batuhan Yağlıoğlu ilə ailə qurub.
Cütlüyün toyu iki ailə arasında sadə toy məclisi ilə baş tutub.
Qızının xoşbəxt gününə şahidlik edən Nilüfer, mərasimdən olan şəkilləri sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.
Sənətçi "Çox xoşbəxt olun övladlarım, çox xoşbəxt olun" mesajı ilə gənc cütlüyə səmimi arzularını çatdırıb.
Qeyd edək ki, Ayşe Nazlı, 22 iyul 2000-ci ildə doğulub. O 4 aylıq olarkən Nilüfer tərəfindən övladlığa götürüb.
Qalereya
Oxşar xəbərlər
Nazilə Səfərli: "Evimdən 15 000 dollarlıq qızılım yoxa çıxdı"
"Pandemiya vaxtı evimdən 15 000 dollarlıq qızılım, brilyantım yoxa çıxdı". BAKU.WS xəbər verir ki, bu sözləri tanınmış şairə Nazilə Səfərli "Qonaqcanlı" veriliş...