82 yaşlı Nebahat Çehrənin istirahət fotoları gündəm oldu
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyənin tanınmış kino və televiziya aktrisası Nebahat Çehrə istirahət zamanı paylaşdığı yeni fotolarla diqqət mərkəzinə düşüb.
BAKU.WS xəbər verir ki, 82 yaşlı sənətçi yeni mövsüm öncəsi dincəlmək üçün çıxdığı qayıq istirahətindən yeni görüntülərini sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.
Filtrsız paylaşdığı fotolarda gümrah görünüşü və zərifliyi ilə diqqət çəkən aktrisanın paylaşımı qısa müddətdə minlərlə bəyənmə və şərh toplayıb. İzləyicilər onun illərə meydan oxuyan görünüşünü yüksək qiymətləndiriblər.
Qeyd edək ki, Nebahat Çehrə Türk kino tarixinin ən tanınmış simalarından biridir. O, "Aşk-ı Memnu" serialındakı Firdevs Yöreoğlu və "Möhtəşəm Yüzil"də canlandırdığı Ayşə Hafsa Sultan obrazları ilə geniş tamaşaçı rəğbəti qazanıb.
Nebahat Çehrə bir müddət əvvəl verdiyi müsahibədə ölüm qorxusundan da danışmış, bu səbəbdən anasının dəfnində son dəfə onun üzünə baxa bilmədiyini etiraf etmişdi. Aktrisa, həmçinin təxminən 10 il əvvəl vəsiyyətini hazırladığını da açıqlayıb.
Oxşar xəbərlər
32 yaşlı opera müğənnisi atasının 73 yaşlı dostu ilə evləndi
Honkonqda tanınmış opera müğənnisi Yemina Yu Çun-yan özündən 41 yaş böyük, keçmiş siyasətçi Lo Vay Kvokla ailə həyatı qurub. BAKU.WS xəbər verir ki, "AsiaOne" n...