Vaqif Əsədov jurnalistləri təbrik etdi
Yeniliklərdən dərhal xəbərdar olun
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin Təbliğat və İctimai İşlər üzrə sabiq rəisi, polkovnik Vaqif Əsədov 22 İyul Milli Mətbuat Günü münasibətilə jurnalistləri təbrik edib.
BAKU.WS xəbər verir ki, təbrikdə bildirilib:
"Əziz və dəyərli mətbuat nümayəndələri, hörmətli jurnalistlər, dostlar-xanımlar və cənablar!
22 İyul Milli Mətbuat Günü münasibətilə hər birinizi ürəkdən təbrik edir, sizə möhkəm cansağlığı, ailə səadəti, xoş günlər və peşə fəaliyyətinizdə yeni-yeni nailiyyətlər arzulayıram.
Cəmiyyətimizin inkişafında, obyektiv informasiyanın ictimaiyyətə çatdırılmasında və milli-mənəvi dəyərlərimizin təbliğində göstərdiyiniz fədakar əməyiniz yüksək qiymətə layiqdir. Qələminiz daim kəsərli, sözünüz təsirli, fəaliyyətiniz isə uğurlu olsun.
İllər boyu yol hərəkəti təhlükəsizliyi sahəsində maarifləndirmə işlərinin aparılmasında göstərdiyiniz dəstək və Əməkdaşlıq xüsusi əhəmiyyət daşıyıb. Dövlət Yol Polisi orqanlarının fəaliyyəti, yol hərəkəti qaydalarının təbliği və vətəndaşların məlumatlandırılması istiqamətində verdiyiniz töhfələrə görə hər birinizə təşəkkürümü bildirirəm.
Əminəm ki, bundan sonra da peşəkarlığınız, məsuliyyətiniz və vətənpərvər mövqeyinizlə cəmiyyətimizin inkişafına, dövlətimizin və xalqımızın rifahına dəyərli töhfələr verməyə davam edəcəksiniz.
Milli Mətbuat Günü münasibətilə hər birinizə tükənməz yaradıcılıq enerjisi və gələcək fəaliyyətinizdə davamlı uğurlar arzulayıram".
Oxşar xəbərlər
İran səfiri Azərbaycanla cinayətkarlığa qarşı birgə mübarizədən danışıb
"Azərbaycanla İran arasında korrupsiya və cinayətkarlıqla bağlı ikitərəfli əlaqələrimiz də davam edir və müvafiq strukturlar arasında əməkdaşlıq mövcuddur". BAK...