SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Bu gün mərhum reper Hüseyn Dəryanın doğum günüdür.  
 
BAKU.WS-in məlumatına görə, Hüseyn Dərya 1975-ci il iyunun 29-da Bakının Bakıxanov qəsəbəsində anadan olub. Ailələri 7 nəfərdən ibarət olub. SSRİ dövründə atası dövlət nəzdində olan tikinti idarəsində baş aqronom, anası isə yaşıllıq idarəsində briqadir vəzifəsində çalışıb. Nərimanov rayonunda yerləşən 4 saylı fars təmayüllü məktəbdə oxumuşdur. Könüllü olaraq öz təhsilindən imtina edib, əsgəri xidmətə yollanıb Qarabağ müharibəsində iştirak edib. Dörd il iki ay hərbi xidmətdə olub.

Yeniyetmə yaşlarından rep yazmağa və bədahətən söyləməyə başlamışdır.İlk dəfə meyxana və muğamla repi sintez edib. Əsas karyerası 2000-ci ildən başlayıb. 2000-ci illərin əvvəllərindən ifa etdiyi bir neçə mahnı dillər əzbərinə çevrilib. Daha çox "Kef elə" mahnısı ilə məşhurlaşıb və bunun sayəsində böyük fanat ordusu yarandı.
 
"Aslanskiy" nominasiyanı 15 respublika arasından Azərbaycana gətirmiş, və ondan sonra nominasiyanı MDB-də heç bir reperə verməmişlər. 2004-cü ildə "İlin ən yaxşı reperi", "İlin ifaçısı" və "İlin albomu" nominasiyalarını alıb. İlk dəfə Ü.Hacıbəyov diplomunu alıb. "Yaşa, Azərbaycan" adlı prezident mükafatına da ilk dəfə layiq görülüb.
 
Efirdə açıq-aşkar etiraf edib ki, narkotik istifadə edib. Həbs olunduğu gündən istifadə etmək imkanı olmadığından 2008-ci ildə sonra narkotikdən istifadə etməyib. Son dəfə son "Can vətənim" mahnısına klip çəkdirib. İslam dinini yüksək qiymətləndirən mərhum sənətçi Kərbəla ziyarətində də olub. "Olum ya ölüm” adlı klipində də bu nüansların şahidi oluruq.
 
BAKU.WS