Bu gün Mikayıl Müşfiqin doğum günüdür

Bu gün Mikayıl Müşfiqin doğum günüdür
Şou-biznes 2111

 

Bu gün Mikayıl Müşfiqin doğum günüdür.

BAKU.WS-in məlumatına görə, 5 iyun 1908-ci ildə dünyaya göz açan şair Azərbaycan poeziyasının yaranmasında və inkişafında böyük rol oynayıb. Mikayıl Müşfiq Xızı şəhərində, ziyalı ailəsində anadan olub. O, əslən Xızı rayonundan olub. İbtidai təhsilini inqilabdan əvvəl rus-tatar məktəbində alıb. Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra Bakı darül-müəllimində və 12 saylı II dərəcəli məktəbdə oxumuşdur. Azərbaycan Dövlət Darülfünunun dil və ədəbiyyat fakültəsini bitirib (1927-1931).

Əmək fəaliyyətinə pedaqoq kimi başlayıb. Bakı orta məktəblərində yeddi il müəllimlik edib. Son iş yeri 18 saylı Bakı şəhər orta məktəbi olub (bu məktəb indi onun adını daşıyır).

Poetik yaradıcılığa 1926-cı ildə "Gənc işçi" qəzetində çap etdirdiyi "Bir gün" şerilə başlayıb. Bundan sonra dövri mətbuatda müntəzəm çıxış edib. İlk kitabı-"Küləklər" 1930-cu ildə nəşr olunub.

O, bədii tərcümə ilə də ciddi məşğul olub. 1930-1937-ci illərdə onun beş tərcümə kitabı nəşr edilib. Bunlar A.S.Puşkinin "Qaraçılar" (Ş.Abbasovla birlikdə), Taras Şevçenkonun "Kobzar"(Əhməd Cavadla birlikdə), Yegişe Çarensin "Şeirlər", S.Y.Marşakın "Huşsuza bax, huşsuza", M.F.Axundovun "A.S.Puşkinin ölümünə şərq poeması" kitablarıdır. 1931-1937-ci illərdə Dilbər Axundzadə ilə ailə həyatı sürüb. 1968-ci ildə Bakıda Dilbər Axundzadənin "Müşfiqli günlərim" adlı xatirələr kitabı nəşr olunub. Kitabın son genişləndirilmiş nəşri 2005-ci ildə "Gənclik" nəşriyyatında işıq üzü görüb.

1938-ci il 6 yanvarda cəza tədbirləri dövründə güllələnib. Xatirəsini əbədiləşdirmək üçün Bakıda büstü qoyulmuş, qəsəbəyə, məktəbə, küçəyə və meydana adı verilmişdir.

Mikayıl Müşfiqin Bakıda yaşadığı binanın (Süleyman Rəhimov küç., 108) qarşısına xatirə lövhəsi vurulub.

Müşfiqin "Yenə o bağ olaydı", Oxu, tar" və bir sıra başqa şeirləri Azərbaycan poeziya xəzinəsinin inciləri sırasındadır.

BAKU.WS

Oxşar xəbərlər

Qara müəllim vəfat etdi

Qara müəllim vəfat etdi

Bakı Dövlət Universitetinin Klassik Azərbaycan ədəbiyyatı kafedrasının professoru, həmin kafedranın nəzdində fəaliyyət göstərən "Dədə - Qorqud” elmi-tədqiqat la...

3786 Hadisə 15:34 11 may 2016

Son xəbərlər