Expressbank-ın kartları ilə “Visa kartları ilə ödəniş qazandırır” adlı lotereyaya qoşulun!

Expressbank-ın kartları ilə “Visa kartları ilə ödəniş qazandırır” adlı lotereyaya qoşulun!
Promo 210

Azərbaycan Respublikasının Mərkəzi Bankı geniş əhali təbəqəsini əhatə edən və bütün ölkə miqyasında keçirilən “Visa kartları ilə ödəniş qazandırır” adlı stimullaşdırıcı lotereyaya start verib.

Lotereya çərçivəsində Visa kart sahibləri ölkədə fəaliyyət göstərən iaşə-ticarət mərkəzlərində quraşdırılmış pos-terminallar vasitəsilə minimum 5 AZN məbləğində ödəniş edərkən 100 AZN qazanmaq şansını əldə edirlər.

Expressbank-ın Visa plastik kart istifadəçiləri də istənilən POS terminal vasitəsi ilə minimum 5 manat məbləğində nağdsız ödəniş etdikdə bu lotereyanın iştirkaçısı olurlar.

Ümumilikdə 300 nəfərin qalib olacağı lotereya 30 aprel 2020-ci il tarixinədək davam edəcək və 2 tirajda təşkil ediləcəkdir.

İlk tiraj 15 aprel tarixində, ikinci tiraj isə 15 may tarixində oynanılacaqdır. Lotereyanın uduş məbləği kart sahibinin bank hesabına daxil edilərək “cashback” şəklində təqdim olunacaq.

Xatırlatmaq istərdik ki, Expressbank-ın plastik debit kartları ilə ölkədaxili istənilən pos-terminal vasitəsilə ödəniş edən kart sahibləri 30%-dək cashback qazanırlar.

Beləliklə, Expressbank-ın Visa kartına sahib olmaq üçün Bankın istənilən filialına yaxınlaşa bilərlər, yaxud https://www.exb.az/cards/universal/ linkində sadə üsulla sifariş formasını doldurmaq mümkündür. Kart 3 iş günü ərzində hazır olur.

Bundan əlavə Expressbank biznesin genişləndirilməsi istiqamətində kiçik və orta sahibkarlar, həmçinin iri biznes sahibləri üçün də müxtəlif şərtlərlə sərfəli məhsullar təklif edir.

Biznes və pərakəndə bankçılıq sahəsində geniş çeşiddə bank məhsulu və xidmətlər təklif edən Expressbank-ın ölkə ərazisində 15 filialı mövcuddur. Bank xidmətləri barədə ətraflı məlumat üçün 132 Məlumat Mərkəzinə zəng edə bilərsiniz.

Son xəbərlər