Expressbank-dan müştərilərə premium kart sevinci
16
apr
2019
12:30
Expressbank müştərilərin yüksək statusun göstəricisi olan premium kartlara artan tələbatlarını nəzərə alaraq “Premium kart sevinci” adlı kampaniya elan etdi.BAKU.WS xəbər verir ki, kampaniya 2019 - cu ilin mayın 15- dək davam edəcək. Müştərilər qeyd olunan tarixədək yeni kart hesabına minimum 500 AZN/USD/EUR/GBP ilkin mədaxil etməklə VISA Gold/MasterCard Gold və ya 1000 AZN/USD/EUR/GBP ilkin mədaxillə VISA Platinum/MasterCard Platinum kartlarını heç bir xidmət haqqı ödəmədən əldə edə bilərlər.Kart hesabına mədaxil edilən məbləği müştərilər nağdlaşdıra və ya nağdsız ödəniş edərək 30% -dək Cashback qazana bilirlər. Təklif edilən kartı müştərilər, bankın filiallarına yaxınlaşaraq həmçinin onlayn sifariş edə bilərlər. https://www.exb.az/getpremiumcards.Yüksək statusu vurğulayan premium kartlar eksklüziv xidmətlərə görə fərqlənir. Bu növ kartın sahiblərinə dünyanın istənilən nöqtəsində xüsusi endirimlər, rahat alış-veriş, onlayn ödəniş, nağd pul çıxartmaq və digər xüsusi imkanlar təqdim edilir. Kartın balansını ölkə üzrə quraşdırılmış 700- dən artıq Expresspay ödəniş terminalı və ya onlayn şəxsi kabinet vasitəsi ilə istənilən zaman artırmaq da mümkündür.Qeyd edək ki, Expressbank 2018- ci ildə Azərbaycan Respublikasının Mərkəzi Bankı və Azərbaycan Banklar Assosiasiyası ilə birlikdə nağdsız ödənişlərin inkişaf etdirilməsi, innovativ ödənişlərin tətbiqi, elektron bankçılığın və elektron ticarətin genişləndirilməsi istiqamətində elan edilmiş müsabiqədə 3 nominasiya üzrə mükafat qazanıb.Pərakəndə və biznes bankçılıq sahəsində fəaliyyət göstərən, geniş maliyyə məhsulu və xidmətlərinə malik olan Expressbank-ın ölkə ərazisində 15 filialı mövcuddur. Bank xidmətləri barədə ətraflı məlumatı 132 Məlumat Mərkəzinə zəng edərək, www.expressbank.az saytına və ya bankın sosial şəbəkələrdəki rəsmi səhifələrinə daxil olaraq əldə edə bilərsiniz.
Oxşar xəbərlər
Bank müştərilərinə 100.000 AZN-dən artıq “cashback” qaytarıb!
Expressbank-ın təqdim etdiyi məhsul və xidmətlər sırasında xüsusi yer alan ExpressClub müştərilər üçün düşünülmüş və onlara alış-veriş zamanı real pul qazandıra...