Bank müştərilərinə 100.000 AZN-dən artıq “cashback” qaytarıb!
08
fev
2018
16:34
Expressbank-ın təqdim etdiyi məhsul və xidmətlər sırasında xüsusi yer alan ExpressClub müştərilər üçün düşünülmüş və onlara alış-veriş zamanı real pul qazandıran unikal bank xidmətdir. Qısa müddət ərzində müştərilərin böyük rəğbət və sevgisini qazanmış ExpressClub yarandığı gündən bu günədək müştərilərinə 100 000 AZN-dən artıq “cashback” qaytarıb.“Xərclərinizi gəlirə çevirin” şüarı altında təqdim olunan ExpressClub layihəsi çərçivəsində, Expressbank-ın bütün kart sahibləri ölkədaxili POS-terminallar vasitəsilə alış-veriş edərkən, xərclədikləri məbləğin bir hissəsini karta geri alırlar (“cashback”). Müştərilər bu vəsaiti həm nağdlaşdırır, həm də POS-terminallar vasitəsilə yenidən alış-veriş etməklə növbəti xərclərini də gəlirə çevirmiş olurlar. ExpressClub layihəsinin xüsusi üstünlüyü - onun nəinki ExpressClub tərəfdaşlar şəbəkəsinə daxil olan satış nöqtələrində 20%-dək “cashback” qaytarması, hətta bu şəbəkəyə daxil olmayan, POS-terminalla ödəniş mümkün olan istənilən satış nöqtəsində xərclənən vəsaitin 0,3% hissəsinin müştərilərin kartına geri qayıtmasıdır. Şəbəkəyə daxil tərəfdaşların siyahısı ilə www.expressclub.az saytında tanış ola bilərsiz. Bütün bu fürsətlərdən yararlanmaq üçün, sadəcə, Expressbank-ın istənilən kartına sahib olmaq kifayətdir! Qeyd edək ki, Expressbank-ın plastik kartlarına sahib olmaq istəyən müştərilər Expresso kartı 5 AZN, Visa Electron / Maestro kartlarını 6 AZN, Visa Classic / MasterCard Standart kartlarını isə 8 AZN-ə, həmçinin premium növlü Visa Gold / MasterCard Gold və Visa Platinum / MasterCard Platinum əldə edə bilərlər. Expressbank-ın kartlarına dərhal, rahat və komissiyasız vəsaiti ExpressPay terminalları və mobil pul kisəsi vasitəsi ilə mədaxil etmək mümkündür. ExpressClub tərəfdaş şəbəkəsi və “cashback” xidməti haqqında daha ətraflı məlumat üçün müştərilər 132 Məlumat Mərkəzinə zəng edə, www.expressclub.az saytına və ya Bankın rəsmi “Facebook” səhifəsinə (www.facebook.com/expressclubaz) daxil ola bilərlər.BAKU.WS
Oxşar xəbərlər
Pulsuz Premium kart sifarişi üçün son 7 gün!
Expressbank-dan Pulsuz Premium kart kampaniyasının bitməsinə cəmi 7 gün qaldı! Siz hələ də bu imkandan istifadə etməmisinizsə, mütləq tələsin! Özü də filiala gə...