Chivas Regal super-premium viskisinə həsr olunmuş VİP şam yeməyi - VİDEO

Chivas Regal super-premium viskisinə həsr olunmuş VİP şam yeməyi - VİDEO
Video
Promo 3

Noyabrın 21-də El Portalon konseptual restoranında qapalı bir tədbir – Chivas Regal super-premium viskisinə həsr olunmuş VİP şam yeməyi baş tutmuşdur.

Şam yeməyi brend səfiri Andrey Saykinin də iştirakı ilə yaradılan gözəl və mehriban atmosferdə keçdi. O, super-premium sinfinə aid bu möhtəşəm içkilərin yaranma tarixi haqqında maraqlı hekayələr danışdı, eyni zamanda onların uyğunlaşdığı müxtəlif yeməklər barədə məlumat verdi.Tədbirdə Chivas Regal 12YO, Chivas Regal Extra, Chivas Regal 18YO, Chivas Regal 25YO içkiləri ilə birgə məhsul xəttinin qızıl yeniliyi hesab edilən Chivas Regal XV dequstasiya edildi.

Bu unikal məhsul yaşı ən azı 15 olan ən yaxşı səməni və taxıl növlərindən istehsal edilmiş viskilər blendini özündə ifadə edir. Bu spirtlər, daha öncə Grande Champagne bölgəsindən olan konyakın saxlandığı ən bahalı çəlləklərdə seçim əsasında saxlanılır.Bildiyiniz kimi bu bölgədə dünyanın ən yaxşı konyakları istehsal olunur. Əldə olunan viski zəngin kişmiş və darçın notları ilə dolu kəhrəbaya məxsus isti bir rəngə malikdir.

Bu dəbdəbəli, bənzərsiz və bayram ziyafətlərinə layiq viskini 15 il gözləməyə dəyərdi!

Tarixçə

Chivas Regal'ın vətəni, 1786-cı ildə təsis edilmiş və Şimali Şotlandiya yaylasında fəaliyyət göstərən ən qədim tarixə malik Stratayla distilleriyasıdır. Burada yaradılan nəcib spirtlər, bütün Chivas Regal blendlərinin ürəyini təşkil edir.

1909-cu ildə Chivas Brothers şirkəti, dünya səhnəsinə çıxmış və bütün Nyu-Yorkun rəğbətini qazanmış “lüks” kateqoriyasına aid dünyanın ilk Şotlandiya viskisi – 25 illik Chivas Regal-ı yaratmışdır.

Kupaj sənətinin qoruyucusu Kolin Skott daha sonra Chivas Regal 18, Chivas Regal Extra və Chivas Regal XV yaratmaqla xətti genişləndirmişdir.Bu gün Chivas Regal, 150-dən çox ölkədə satışa çıxarılan, bütün dünyada tanınan beynəlxalq bir brenddir. Bu viski uğur qazanan, həyatda ən yaxşısını dəyərləndirən və gözəl anlarından zövq almağı bacaranlar üçündür!

Son xəbərlər