Rusiyadan gələn azərbaycanlı gömrükdə "ilişdi" - çantasından nələr çıxdı (VİDEO)
22
noy
2018
11:18
Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında Rusiya Federasiyası istiqamətindən "Xanoba" gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Mercedes Benz Vito 109 CDI" markalı nəqliyyat vasitəsi saxlanılıb və gömrük baxışı keçirilib.DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən BAKU.WS-ə verilən məlumata görə, yoxlama zamanı, nəqliyyat vasitəsinin gizli saxlanc yerlərindən gömrük orqanına bəyan olunmayan 20 ədəd 0,5 litrlik "Talka", 1 ədəd 0,7 litrlik "Хоrtitsa", 2 ədəd 0,7 litrlik "Beluga Translatlantic" markalı araqlar, 1 ədəd 0,7 litrlik "Chivas Regal" və 1 ədəd 0,75 litrlik "Glenfiddich" markalı viskilər, həmçinin vətəndaşıngöy rəngli idman çantasından isə 1 ədəd "İphone X Space Gray", 2 ədəd "Alcatel 1066d", 1 ədəd "Jinga F200N", 1 ədəd "Micromax X2401" və 1 ədəd "Vertex" markalı mobil telefonlar aşkar edilib.Faktla bağlı araşdırma aparılır.BAKU.WS
Oxşar xəbərlər
Gömrükçülər qanunsuz yolla keçirilən mobil telefonlar aşkarladı (FOTO)
Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyat şöbəsinə daxil olan məlumat əsasında, idarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüs...