Gömrükçülər qanunsuz yolla keçirilən mobil telefonlar aşkarladı (FOTO)

Gömrükçülər qanunsuz yolla keçirilən mobil telefonlar aşkarladı (FOTO)
Hadisə 1105
Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyat şöbəsinə daxil olan məlumat əsasında, idarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan Azərbaycana "VAZ 21120" markalı nəqliyyat vasitəsi ilə gələn Azərbaycan vətəndaşının avtomobili saxlanılıb və gömrük baxışı keçirilib.DGK-dan BAKU.WS-ə verilən məlumata görə, baxışdan öncə, vətəndaş üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirib. Lakin yoxlama nəticəsində, nəqliyyat vasitəsinin arxa buferinin içərisindən 1 ədəd "X-İnnova T210", 38 ədəd"Etel E3", 10 ədəd "Rivco X10", 6 ədəd "Kigtel A310" markalı mobil telefonlar və 53 ədəd yükləyici aşkarlanıb.Faktla bağlı araşdırma aparılır.BAKU.WS

Son xəbərlər