"Drakula" külli miqdarda siqaret aşkarladı - FOTO
Xaşmaz Gömrük İdarəsinin əməkdaşları külli miqdarda siqaretin qanunsuz yolla ölkə ərazisinə keçirilməsi cəhdinin qarşısını alıblar.
Bu barədə BAKU.WS-ə Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilir ki, Rusiya Federasiyası istiqamətindən idarənin "Xanoba" gömrük postunun gömrük nəzarəti xəttinə daxil olan Rusiya Federasiyası vətəndaşının idarə etdiyi "Mercedes Benz Vito 109 CDİ" markalı nəqliyyat vasitəsinə keçirilmiş gömrük baxış zamanı "Drakula" adlı kinoloji xidmət iti nəqliyyat vasitəsinin müxtəlif yerlərinə reaksiya verib.
Yoxlama zamanı nəqliyyat vasitəsinin, eləcə də ona qoşulmuş qoşqunun gizli saxlanc yerlərindən 78400 ədəd "Parliament" markalı, 9600 ədəd "Marlboro" markalı olmaqla, cəmi 88000 ədəd siqaretlər aşkar olunaraq götürülüb.
BAKU.WS
Oxşar xəbərlər
Gömrükdən 6 telefon keçirmək istəyən şəxs yaxalandı
Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında "Sınıq Körpü” gömrük postunda Gürcüstandan gələn Azərbaycan...