Avtomobilin yanacaq çənindən 15 telefon ÇIXDI
Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında "Sınıq Körpü" gömrük postunun idxal nəzarəti zonasında Gürcüstandan Azərbaycana gələn Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Mersedes Benz C230" markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.
Yoxlama zamanı avtomobilin yanacaq çəninin içində xüsusi düzəldilən saxlanc yerindən 15 ədəd "Samsung J1 Prime" markalı mobil telefonlar, mobil telefonlar üçün nəzərdə tutulan 13 ədəd qidalandırıcı başlıq, 25 ədəd qulaqcıq, 42 ədəd qutu aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanda avtomobil təkərlərindən 5000 ədəd siqaret çıxdı (FOTO)
Rusiyadan gələn azərbaycanlının avtomobilində gömrük nəzarətindən gizlədilən siqaretlər aşkarlanıb. Dövlət Gömrük Komitəsindən BAKU.WS-ə verilən məlumata görə,...