Azərbaycanlı gömrükdə 16 “iPhone”la yaxalandı (FOTO)
Dövlət Gömrük Komitəsinin (DGK) Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında Gürcüstan istiqamətindən İdarənin "Sınıq Körpü” gömrük postunun ərazisinə daxil olan minik avtomobilinə gömrük nəzarəti həyata keçirilib.
DGK-nın mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, yoxlama zamanı Azərbaycan vətəndaşının idarə etdiyi həmin avtomobilin oturacaqlarının üzərindəki geyim əşyalarının ciblərindən əvvəlcədən gömrük orqanına bəyan olunmayan və gömrük nəzarətindən gizlədilən, üzərində "İ Phone” yazısı olan16 ədəd mobil telefon, 11 ədəd mobil telefon qutusu, 11 ədəd adapter və 11 ədəd qulaqcıq aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
Şahin Həbibov
BAKU.WS
Oxşar xəbərlər
Təyyarə ilə Bakıya gələn azərbaycanlı 14 min siqaretlə tutuldu
Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olmuş əməliyyat məlumatı əsasında, Naxçıvan-Bakı aviareysi ilə gə...