Azərbaycandan İrana qızıl külçələr keçirmək istəyən tutuldu

Azərbaycandan İrana qızıl külçələr keçirmək istəyən tutuldu
Hadisə 1267

Biləsuvar Gömrük İdarəsinin Gömrük hüqüqpozmalarına qarşı mübarizə şöbəsinə Azərbaycan Respublikası vətəndaşının qızıl məmulatı əldə edərək İran İslam Respublikasına aparacağı barədə  əməliyyat məlumatı daxil olub.

Komitədən BAKU.WS-ə verilən məlumata görə, əməliyyat məlumatı əsasında Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" Gömrük Postunda Azərbaycan Respublikasından İran İslam Respublikasına piyada gedən Azərbaycan Respublikası vətəndaşı saxlanılıb və qanunvericiliyə uyğun olaraq onun üzərində şəxsi yoxlama aparılıb.

Yoxlama zamanı onun üzərindən, xüsusi olaraq hazırlanmış müxtəlif ölçülü ciblərdən ibarət parça kəmərin ciblərinin içərisindən, gömrük nəzarətindən gizlədilən 3 ədəd dördbucaqlı formalı, 585 əyarlı,  ümumi çəkisi 6 kiloqram 331,20 qram olan külçə qızıl aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.  

BAKU.WS

Oxşar xəbərlər

Gömrükdə siqaret yüklü avtomobil saxlanıldı (FOTO)

Gömrükdə siqaret yüklü avtomobil saxlanıldı (FOTO)

Biləsuvar Gömrük İdarəsinin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olmuş məlumat əsasında "Qoşa Təpə" gömrük postunda İran İslam Respublikasından...

1623 Hadisə 13:54 30 aprel 2016

Son xəbərlər