Dubaydan Azərbaycana cibində telefonlar gətirən şəxs "ilişdi"
Azərbaycan gömrük xidməti əməkdaşları üç adda 21 ədəd mobil telefonun qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə keçirilməsinin qarşısını alıblar.
Dövlət Gömrük Komitəsindən BAKU.WS-ə verilən məlumata görə, Dubay-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşı Kamal Eyvazov Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən nəzarətə götürülərək ona məxsus çantaya və üzərinə baxış keçirilib. Yoxlamadan əvvəl sorğu-sual zamanı K. Eyvazov çantasında və üzərində gömrük nəzarətinə təqdim ediləsi əşyanın olmadığını bildirsə də, onun qeyri-səmimiliyi diqqət çəkib. Yoxlamanın nəticələri isə gömrükçülərin şübhələrini təsdiqləyib. Çantadakı şəxsi əşyaların arasından 8 ədəd "ASUS Zenfone GO” və 1 ədəd "İphone 6S” markalı mobil telefon aşkar olunub. K. Eyvazovun üzərində şəxsi yoxlama zamanı isə əynindəki pencəyin və gödəkcənin ciblərindən 11 ədəd "Samsung Galaxy Grand Prime” və daha 1 ədəd "ASUS Zenfone GO” markalı mobil telefon aşkar edilib. Faktla bağlı araşdırma aparılır. Ziya Babayev BAKU.WS
Oxşar xəbərlər
Azərbaycana külli miqdarda siqarat keçirən şəxslər saxlanıldı
Azərbaycana keçirilən külli miqdarda xarici markalı siqaretlər aşkar edilərək götürülüb. Dövlət Gömrük Komitəsindən BAKU.WS-ə verilən məlumata görə, gömrükçülə...