Gömrükdən Yeni il əməliyyatı (FOTO)
Son vaxtlar, xüsusilə, qarşıdakı bayram günləri ərəfəsində bəzi işbazlar Azərbaycan Respublikasının gömrük ərazisinə gömrük qaydalarını pozmaqla, qaçaqmalçılıq yolu ilə mülki dövriyyəsi məhdudlaşdırılmış, istifadəsi yüksək səs-küylə müşayiət olunan və insan sağlamlığına mənfi təsir göstərən pirotexniki və tezalışan mallar gətirməyə cəhd göstərirlər. Ancaq gömrükçülərin səyi nəticəsində bu kimi halların qarşısı qətiyyətlə alınır.
DGK Mətbuat Xidmətindən BAKU.WS-ə verilən məlumata görə, bu günlərdə Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü” gömrük postunda Gürcüstan Respublikasından ölkəmizə gələn Azərbaycan Respublikasının vətəndaşları - Mahmud Nəbiyevin idarə etdiyi "BMW 520” markalı nəqliyyat vasitəsindən 14220 ədəd, Azər Hüseynovun idarə etdiyi "Mercedes Benz E220 CDİ” markalı nəqliyyat vasitəsindən 7000 ədəd pirotexniki və tezalışan vasitələr aşkarlanıb.
Bununlanaşı, Elyar İsmayılovun idarə etdiyi "Peugeot-406” markalı nəqliyyat vasitəsindən 82550 ədəd, Sönməz Osmanovun idarə etdiyi "Opel Astra” markalı nəqliyyat vasitəsindən 5436 ədəd, Teymur Əliyevin idarə etdiyi "Mercedes Benz C180” markalı nəqliyyat vasitəsindən 40800 ədəd, Natiq Əhmədovun idarə etdiyi "BMW 520” markalı nəqliyyat vasitəsindən 12800 ədəd, Əbülfəz Ələkbərovun idarə etdiyi "VAZ 21703” markalı nəqliyyat vasitəsindən 57600 ədəd, Samir Musayevin idarə etdiyi "Mercedes Benz 200” markalı nəqliyyat vasitəsindən isə 20400 ədəd, ümumilikdə 240806 ədəd müxtəlif növ yüksək səs-küylə müşayiət olunan pirotexniki və tezalışan vasitələr gömrük nəzarətindən gizlədilmiş şəkildə aşkar olunaraq saxlanılıb.Bütün faktlarla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Azərbaycan sərhədində əməliyyat (FOTO)
Tovuz Gömrük İdarəsinin əməkdaşları 4 min qutudan artıq siqaretin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə keçirilməsinin və realizə olunmasının qarşısını alıblar....