Azərbaycana külli miqdarda siqarat keçirən şəxslər saxlanıldı

Azərbaycana külli miqdarda siqarat keçirən şəxslər saxlanıldı
Hadisə 1835

Azərbaycana keçirilən külli miqdarda xarici markalı siqaretlər aşkar edilərək götürülüb.

Dövlət Gömrük Komitəsindən BAKU.WS-ə verilən məlumata görə, gömrükçülər qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilən külli miqdarda siqaretin realizə edilməsinin qarşısını alıb.

Belə ki, Tovuz Gömrük İdarəsinin əməkdaşları tərəfindən daxil olan əməliyyat məlumatı əsasında Azərbaycan Respublikasının vətəndaşı Mehdiyev Mehman Hüseyn oğlunun idarə etdiyi 90 ZL 285 dövlət nömrə nişanlı avtonəqliyyat vasitəsi Qazax rayonu ərazisində saxlanılaraq avtomobilə baxış keçirilib. Yoxlama zamanı həmin nəqliyyat vasitəsindən qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilən və üzərində aksiz markası olmayan 18000 ədəd xarici markalı siqaretlər aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır. Ziya Babayev BAKU.WS

Oxşar xəbərlər

Gömrükdən Yeni il əməliyyatı (FOTO)

Gömrükdən Yeni il əməliyyatı (FOTO)

Son vaxtlar, xüsusilə, qarşıdakı bayram günləri ərəfəsində bəzi işbazlar Azərbaycan Respublikasının gömrük ərazisinə gömrük qaydalarını pozmaqla, qaçaqmalçılıq...

1183 Hadisə 12:08 09 dekabr 2015

Son xəbərlər