Zelenskinin ofisi: Müharibənin aktiv fazası 2-3 həftəyə başa çatacaq
Müharibənin aktiv fazası 2-3 həftə ərzində başa çatmalıdır.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, bu barədə Ukrayna prezident ofisinin rəhbərinin müşaviri Aleksey Arestoviç özünün “Telegram” kanalında bildirib.
O, ukraynalıların öz evlərinə tezliklə qayıda biləcəyinə ümidini ifadə edb.
"Kiyev, Xarkov, Çerniqov və Sumı ətrafında hərbi əməliyyatların aktiv fazası demək olar ki, bitib. Əgər onlar hardansa əlavə qüvvə toplayıb hücuma keçsələr də, istənilən halda bu onların məğlubiyyəti ilə nəticələnəcək. Nəticə birdir, onlar strateji baxımdan uduzublar, operativ baxımdan da uduzacaqlar. Düşünürəm ki, aprelin ortaları, sonları üçün Kiyevdən çıxan sakinlər geri qayıda biləcək", - Arestoviç qeyd edib.
Oxşar xəbərlər
Zelenskinin Ofisi: "Ukraynada Rusiya qoşunlarının hücum istiqamətlərinin sayı azalıb"
"Rusiya qoşunlarının Ukraynadakı hücum istiqamətlərinin sayı azalıb". BAKU.WS-in UNİAN-a istinadla məlumatına görə, bu barədə Ukrayna Prezident Ofisi rəhbərinin...