Rusiya bir həftəyə 9 min hərbçi itirib - ŞOK AÇIQLAMA
Ukraynanın Prezident Aparatı rəhbərinin müşaviri Aleksey Arestoviç "Yedinıye Novosti" telemarafonunun efirində mövcud durumla bağlı açıqlama verib.
BAKU.WS xəbər verir ki, onun sözlərinə görə, Ukrayna ordusu hazırda Jitomir şossesinin şimalında yerləşən Makarov şəhərində möhkəmlənib:
"Müharibənin 7-ci günündə müxtəlif istiqamətlərdə əks-hücum əməliyyatı başlayıb. Rusiyanın kəmiyyət üstünlüyünə baxmayaraq, mühüm ərazilər azad olunub.
Xarkov yaxınlığında rus qoşunları ağır itkilər verib, hücum səngiyib.
Zaporojye və Cənubi Ukrayna atom elektrik stansiyaları təhlükədədir.
Dünən 3500-ə yaxın rus əsgəri öldürülüb. Bir həftə ərzində qarşı tərəfin itkisi 9 min nəfərdir.
Mariupol müqavimət göstərməkdə davam edir, vəziyyət nəzarət altındadır. Xerson-Nikolayev istiqamətində rus qoşunları irəliləməyə çalışsa da, sarsıdıcı məğlubiyyətə məruz qalıb.
Zaporojye istiqamətinə Ukrayna hərbçiləri nəzarət edir. Odessa müqavimət göstərir.
Odessaya yaxınlaşan rus gəmilərinə müqavimət hazırlanır".
Oxşar xəbərlər
Ukraynanın danışıqlarda İLKİN ŞƏRTİ bu olub - VİDEO - YENİLƏNİB-4
Ukrayna nümayəndə heyəti Rusiya qoşunlarının bütün Ukraynadan, o cümlədən Krımdan və Donbassdan çıxarılmasını tələb edir. BAKU.WS xəbər verir ki, bunu Ukrayna p...