Zelenskinin Ofisi: "Ukraynada Rusiya qoşunlarının hücum istiqamətlərinin sayı azalıb"
"Rusiya qoşunlarının Ukraynadakı hücum istiqamətlərinin sayı azalıb".
BAKU.WS-in UNİAN-a istinadla məlumatına görə, bu barədə Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Oleksiy Arestoviç deyib.
“Rusiya qoşunlarının Kiyev, Sumı, Çerniqov və Xarkova qarşı hücum əməliyyatları uğursuz olacaq. Doğrudur, qarşı tərəf geri çəkilmir. Amma indi cəmi 3 hücum istiqaməti var. Əvvəllər isə bu rəqəm 6 idi. Görünür, Rusiya ordusunun qüvvələri tükənir. 15 minə yaxın şəxsi heyət tamamilə məhv edilib. Hazırda Kiyevə hücum yoxdur. Çünki ruslar bu imkandan məhrumdurlar. Bizim xüsusi təyinatlılarımız da, partizanlarımız da, yerli sakinlərimiz də mübarizə aparırlar”, - deyə o bildirib.
Oxşar xəbərlər
Ukraynada öldürülən Rusiya ordusunun 10 yüksəkrütbəli zabiti kimdir? - DOSYE
Ukraynada hərbi əməliyyatlar başlayandan bu günə qədər Rusiya Silahlı Qüvvələrinin 4 generalı və 3 polkovniki öldürülüb. Rusiya ordusunun ali komandanlığının öl...