Zakir Həsənov cəbhəboyu zonada (FOTO)
Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti cəbhəboyu zonada yerləşən hərbi hissələrdə olub.
Bu barədə BAKU.WS-ə Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətindəki bölmələrdə olan müdafiə naziri üzbəüz yerləşən düşmən mövqelərini müşahidə edib.
Dağlıq ərazidə və çətin iqlim şəraitində düşmənlə qarşıdurma xəttindəki bölmələrdə döyüş növbəsi çəkən şəxsi heyətlə görüşən nazirə əməliyyat şəraiti barədə məruzə edilib. Səngərlərdə döyüş növbətçiliyini yoxlayan Müdafiə naziri hərbi qulluqçuların döyüş və mənəvi-psixoloji hazırlığı, onların sosial-məişət şəraiti ilə maraqlanıb.
Bildirilib ki, ön xətdə yerləşən bölmələr içməli su, istiliklə, yuyunma otaqları, isti yataq və digər lazımi qış ləvazimatları ilə tam təmin olunub.
Nazirliyin rəhbər heyəti şəxsi heyətlə birlikdə çay süfrəsi arxasında söhbət aparıb və nahar edib.
Dövlətimizin başçısının Silahlı Qüvvələr qarşısında qoyduğu tapşırıqların yüksək səviyyədə yerinə yetirilməsinə əminliyini ifadə edən müdafiə naziri hərbi qulluqçuların döyüş qabiliyyətini və mənəvi-psixoloji hazırlığını yüksək qiymətləndirib.
Müdafiə Nazirliyinin rəhbərliyi cəbhəboyu zonada yerləşən həmsərhəd kəndlərdən birində yerli sakinlərlə görüşərək, yaşayış məntəqələrimizin müdafiəsinin və əhalinin təhlükəsizliyinin təmin edilməsi məsələlərini müzakirə edib.
Şahin Həbibov
BAKU.WS
Oxşar xəbərlər
Zakir Həsənov səngərə girib əsgərə əmr verdi: Döyüşə hazır olmalıyıq - FOTO
Cəbhə bölgəsində səfərdə olan Müdafiə Nazirliyinin rəhbərliyi ön xətdə yerləşən daha bir hərbi hissənin müxtəlif bölmələrində olub. Müdafiə Nazirliyindən BAKU...