Zakir Həsənov orduya döyüşə hazır ol əmri verdi (FOTO)

Zakir Həsənov orduya döyüşə hazır ol əmri verdi (FOTO)
Siyasət 5950

 

Müdafiə naziri ön xətdə yerləşən bölmələrdə olub.

Müdafiə Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, cəbhəboyu zonada səfərdə olan Müdafiə naziri general-polkovnik Zakir Həsənov, düşmənlə üzbəüz yüksək dağlıq şəraitdə döyüş növbətçiliyi aparan şəxsi heyətlə keçirilən görüşlərdə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin ordu qarşısında qoyduğu bir sıra tapşırıqları diqqətə çatdırıb.

Müdafiə Nazirliyinin rəhbərliyi cəbhədə müdafiə xəttinin dayanıqlığını, qoşunların atəş imkanlarını, ərazidə mühəndis-istehkam qurğularının vəziyyətini, mövqələrdəki şəxsi heyətin maddi-texniki təminatının təşkilini, mənəvi-psixoloji durumunu, döyüş texnikası, silah-sursat və digər vasitələrin tam hazırlığını yoxlayıb.

Kəşfiyyat bölmələrinin təlim nöqtəsində, artilleriya bölmələrinin atışın idarə edilməsi məntəqəsində olan general-polkovnik Z.Həsənov ərazinin çətin relyefi və xüsusiyyətləri nəzərə alınmaqla şəxsi heyətin döyüş hazırlığına diqqətin daha da artırılması ilə əlaqədar müvafiq göstərişlər verib.

BAKU.WS

Oxşar xəbərlər

Zakir Həsənov işğaldan azad edilmiş ərazilərdə - FOTO

Zakir Həsənov işğaldan azad edilmiş ərazilərdə - FOTO

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov və Müdafiə Nazirliyinin digər rəhbər heyəti cəbhəboyu zonada yerləşən hərbi hissələrdə olub. Nazirl...

1836 Siyasət 19:16 26 aprel 2016

Son xəbərlər