Zakir Həsənovdan orduya müharibəyə hazır ol əmri
Cəbhəboyu zonada yerləşən birlik, birləşmə və hərbi hissələrdə olan Müdafiə naziri general-polkovnik Zakir Həsənov, düşmənlə üzbəüz səngərlərdə döyüş növbətçiliyi aparan şəxsi heyətlə keçirilən görüşlərdə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin ordu qarşısında qoyduğu bir sıra tapşırıqları diqqətə çatdırıb.
Müdafiə Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, nazirliyinin rəhbərliyi cəbhədə müdafiə xəttinin dayanıqlığını, qoşunların atəş imkanlarını, ərazidə mühəndis-istehkam qurğularının vəziyyətini, postlar və mövqələrdəki şəxsi heyətin maddi-texniki təminatının təşkilini, mənəvi-psixoloji durumunu, döyüş texnikası, silah-sursat və digər vasitələrin tam hazırlığını yoxlayıb.
General-polkovnik Z.Həsənov ərazinin çətin relyefi və xüsusiyyətləri nəzərə alınmaqla şəxsi heyətin döyüş hazırlığına diqqətin daha da artırılması, döyüş növbətçiliyinin aparılmasında sayıqlığın gücləndirilməsi, verilən döyüş tapşırıqlarının istənilən anda, dəqiq və vaxtında yerinə yetirilməsi, o cümlədən müharibə zamanı bölmələrin döyüş hazırlığı vəziyyətinə gətirilməsi ilə əlaqədar komandir və rəis heyətinə müvafiq göstərişlər verib.
Müdafiə naziri çay süfrəsi arxasında əsgərlərlə səmimi söhbət edib, onların xidmətləri və qayğıları ilə maraqlanıb. Sonda nazir ön xətdə fərqlənən bir qrup hərbi qulluqçuya təşəkkür elan edib və qısamüddətli məzuniyyətlə mükafatlandırıb.
BAKU.WS
Oxşar xəbərlər
Zakir Həsənov səfərbərlikdən danışdı
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə nazirliyin və Silahlı Qüvvələrin rəhbər heyəti, birlik və birləşmələrin komandir və qərargah rəi...