Azərbaycanın böyük təlimindən ən son görüntülər (FOTO)

Azərbaycanın böyük təlimindən ən son görüntülər (FOTO)
Hadisə 4428

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Komanda Qərargah Hərbi Oyunlarının keçirildiyi bölgələrdə səhra şəraitində yerləşdirilən şəxsi heyətin, doyüş texnikasının, aviasiya vasitələrinin, raket və artilleriya qurğularının döyüşə hazırolma və döyüş qabiliyyətini, onların hazırlıq səviyyəsini yoxlayıb.

BAKU.WS-in Müdafiə Nazirliyinə istinadla verdiyi məlumata görə, hərbi oyunların ssenarisinə əsasən müharibə şəraitinə uyğun yaradılmış komanda idarəetmə məntəqələri və müxtəlif poliqonlardakı təlim nöqtələrinə baş çəkən Müdafiə naziri şəxsi heyətin, silah-sursatın və döyüş texnikasının təlimlərdə iştirakı, eləcə də tapşırıq və sərəncamların dəqiq icra olunması ilə bağlı müvafiq göstərişlər verib.

Hərbi oyunlar davam edir.

ŞAHİN HƏbibov

BAKU.WS

Oxşar xəbərlər

Ehtiyatda olan əsgərlər orduya çağırılır (RƏSMİ)

Ehtiyatda olan əsgərlər orduya çağırılır (RƏSMİ)

Hərbi Xidməti bitirib ehtiyata buraxılan əsgərlərin bir hissəsi yenidən hərbi hissələrə çağırılır. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən...

11557 Hadisə 09:52 09 sentyabr 2015

Son xəbərlər