Azərbaycanın zirehli texnikaları hərəkətə gətirildi (FOTO)

Azərbaycanın zirehli texnikaları hərəkətə gətirildi (FOTO)
Hadisə 2633

  Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi altında keçirilən Komanda Qərargah Hərbi Oyunlarının planına uyğun olaraq təlimlər keçirilib. BAKU.WS-in Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, təlimlərdə iştirak edən şəxsi heyət, zirehli texnika, raket və artilleriya qurğuları, təminat bölmələri və digər hissələrin irimiqyaslı yerdəyişməsi həyata keçirilib. Təlimlərin ssenarisinə əsasən qoşunlar planlı şəkildə müəyyən edilmiş marşrutlar üzrə hərəkət edərək daimi dislokasiya yerlərindən təlimlərin keçirildiyi bölgələrdəki cəmləşmə rayonlarına toplanıb. Ziya Səccad BAKU.WS

Oxşar xəbərlər

Azərbaycan Ordusu 700 zirehli texnika ilə təlimlərə başladı

Azərbaycan Ordusu 700 zirehli texnika ilə təlimlərə başladı

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin təsdiq etdiyi plana əsasən Müdafiə nazirinin rəhbərliyi altında...

2295 Hadisə 11:15 06 sentyabr 2015

Son xəbərlər