Ordumuz artilleriyanı işə saldı (VİDEO, FOTO)

Ordumuz artilleriyanı işə saldı (VİDEO, FOTO)
Video
Hadisə 1981

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi döyüş hazırlığı planına əsasən Raket və Artilleriya Qoşunlarının hərbi hissə və birləşmələri praktiki döyüş atışlı təlimlər keçirib.

Müdafiə Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, təlim mərkəzində 203 millimetrlik "Pion” özüyeriyən artilleriya qurğularının tətbiqi ilə divizion taktiki təlimi, eləcə də artilleriya birləşmələri ilə raket zərbələrinin və atəşin idarə edilməsi icra olunub.

Taktiki təlimlərə Hərbi Hava Qüvvələrinin pilotsuz uçan aparatları (PUA) da cəlb edilib.

Təlimdə örtülü atəş mövqeyindən müşahidə olunmayan hədəfləri dəqiq məhv etmək və susdurmaq üçün PUA-ların köməyi ilə hədəflərin qısa zamanda aşkar edilməsi və artilleriya vasitələri ilə dağıdılması təmin olunub. 

Təlimdə iştirak edən şəxsi heyətin döyüş hazırlığı, bacarığı və qarşılıqlı fəaliyyəti Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən yüksək qiymətləndirilib.

ŞAHİN Həbibov 

BAKU.WS 

 

Oxşar xəbərlər

Azərbaycana gələn türk qırıcıları gürcüləri qorxuya saldı

Azərbaycana gələn türk qırıcıları gürcüləri qorxuya saldı

"TurAz Qartalı - 2015” birgə taktiki təlimlərində iştirak üçün Azərbaycana gələn Türkiyənin Hərbi Hava Qüvvələrinin aviasiya vasitələri Gürcüstan mətbuatını həy...

3025 Hadisə 11:59 28 avqust 2015

Son xəbərlər