Zakir Həsənov cəbhədə (FOTO)

Zakir Həsənov cəbhədə (FOTO)
Hadisə 1242

Müdafiə naziri general-polkovnik Zakir Həsənov cəbhəboyu zonada yerləşən ərazidə inşa edilən yeni dağ hazırlığı təlim mərkəzinin açılışını edib. 

Müdafiə Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə verilənəlumata görə, mərkəzin infrastrukturu ilə tanış olan Müdafiə naziri ərazidə yaradılan hərbi topoqrafiya, mühəndis, atış, idman şəhərcikləri, minaatanlardan və atıcı silahlardan praktiki atəşlərin yerinə yetirilməsi, dağ taktiki təlimi, dağlıq şəraitdə sağqalma, qayalara dırmanma, su maneələrini qət etmə və digər sahələrə baxış keçirib.

Çətin və yüksək dağlıq şəraitində yerləşən hərbi hissələrin şəxsi heyətinin peşəkar hazırlığının yüksəldilməsi məqsədilə döyüş hazırlığı planına əsasən mərkəzdə ixtisaslı təlimatçılar tərəfindən döyüş şəraitinə tam uyğunlaşdırılmış, relyefin tələblərinə cavab verən təlim məşqləri həyata keçiriləcəkdir.

BAKU.WS

Oxşar xəbərlər

Azərbaycanın böyük təlimindən ən son görüntülər (FOTO)

Azərbaycanın böyük təlimindən ən son görüntülər (FOTO)

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Komanda Qərargah Hərbi Oyunlarının keçirildiyi bölgələrdə səhra şəraitində yerləşdirilən şəxsi heyətin, doyüş tex...

4428 Hadisə 11:52 09 sentyabr 2015

Son xəbərlər