"Yalı Çapkını"nın hər bölümü 14 milyona satılır - FOTO

Yalı Çapkınının hər bölümü 14 milyona satılır - FOTO
Siyasət 891

Türkiyənin reytinqli layihələrindən olan "Yalı Çapkını" ölkə xaricinə satılan ən bahalı serialların əvvəlində gəlir.

BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, Afra Saraçoğlu və Mert Ramazan Demirin baş rollarını paylaşdığı ekran işi yayımlanmaq üçün xarici ölkələrə 14 milyon lirəyə (təxminən 1 milyon 6600 AZN) satılır.

Xarici şirkətlər bu yüksək məbləği serialın sadəcə bir bölümü üçün istehsalçı şirkətə ödəyirlər.

Məlumat üçün bildirək ki, hazırda ekran işi mövsüm finalına çıxıb. Layihənin növbəti mövsümdə tamamilə fərqli ssenaridə davam edəcəyi bildirilib.

Son xəbərlər