“Yalı çapkını”nın son səhnəsi hər kəsi ağlatdı - VİDEO
Türkiyənin reytinqli layihələrindən olan “Yalı çapkını”nın ötən günkü bölümü rezonansa səbəb olub.
BAKU.WS xəbər verir ki, ekran işində "Kormanlar" ailəsinin böyük oğlu Fuat (Doğukan Polat) həyat yoldaşı Asumanla (Öznür Serçeler) avtomobil qəzası keçirir və o, vəfat edir.
Bununla da aktyor Doğukan Polat serialla vidalaşıb. Fuatın ölüm xəbərini öyrənən ailə ekran başındakı tamaşaçıları da dərin kədər və göz yaşlarına boğub.
Tamaşaçılar aktyorların obrazlarını peşəkar formada ifa etdiklərini və onları da bu obrazın ölümünə inandırdıqlarını bildiriblər.
Xatırladaq ki, ekran işinin baş rollarında aktrisa Afra Saraçoğlu ilə Mert Ramazan Demir çəkiliblər.
Oxşar xəbərlər
İlham Əliyev Şuşada Heydər Əliyevin 100 illiyinə həsr olunmuş beynəlxalq konfransda - YENİLƏNİB + FOTO/VİDEO
Mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formal...