Xarici müşahidə missiyası Azərbaycanda fəaliyyətə başladı
Şanxay Əməkdaşlıq Təşkilatından (ŞƏT) müşahidə missiyası fevralın 9-da Azərbaycanda keçiriləcək növbədənkənar parlament seçkilərinə hazırlıq və birbaşa onun keçirilməsi ilə bağlı monitorinq fəaliyyətinə başlayıb.
BAKU.WS secki-2020.az saytı xəbər verir ki, missiyaya ŞƏT-in baş katibinin müavini Şerali Conon rəhbərlik edir.
Missiyanın tərkibinə ŞƏT üzvü olan dövlətlərin qanunverici, icra və seçki orqanlarının nümayəndələri, habelə ŞƏT Katibliyinin rəsmiləri daxildir.
Missiya üzvləri müşahidəni Bakıda və Abşeron yarımadasının yaşayış məntəqələrində, Sumqayıt, Şirvan şəhərlərində, həmçinin onlara bitişik ərazilərdə aparacaqlar.
Missiyanın işi seçki məntəqələrinin hazırlığını öyrənmək, səsvermə prosesini müşahidə eləmək, seçkiqabağı kampaniyanın təşkili, səslərin sayılması, habelə səs vermiş seçicilər, namizədlərin nümayəndələri və digər müşahidəçilərlə səsvermə ilə bağlı sorğular keçirməkdən ibarət olacaq. Missiya işini fevralın 10-da başa vuracaq.
Oxşar xəbərlər
Müşahidəçilər üçün müraciət müddəti bu gün başa çatır
Azərbaycanda fevralın 9-na təyin edilmiş növbədənkənar parlament seçkilərində müəyyən seçki dairəsinin hüdudlarında müşahidə aparılması üçün ərizələrin müvafiq...