AŞPA-dan 32 müşahidəçi gələcək
Azərbaycanda fevralın 9-da keçiriləcək parlament seçkilərində səsvermə prosesini izləmək üçün Avropa Şurası Parlament Assambleyasının 32 üzvündən ibarət nümayəndə heyəti ölkəmizə gələcək.
BAKU.WS secki-2020.az-a istinadən xəbər verir ki, bu barədə AŞPA-nın seçkiqabağı nümayəndə heyəti yanvarın 22-23-də ölkəmizə edilən səfərdən sonra bəyan edib:
“Dövlət qurumlarının nümayəndələri seçkilərin AŞPA nümayəndə heyəti tərəfindən izlənməsini alqışladılar və seçkilərin şəffaf, azad və ədalətli şəraitdə keçirilməsi üzrə siyasi iradənin olduğunu vurğuladılar”.
Nümayəndə heyətindən qeyd edilib ki, seçkilər və onların müşahidəsi yalnız səsvermə gününə aid deyil, bütün seçki prosesini qiymətləndirmək üçün təhlil olunmalı və qiymətləndirilməli olan bir neçə mərhələdən ibarət prosesdir.
Oxşar xəbərlər
AŞPA nümayəndələrinin siyasi partiyalarla görüşündə nə müzakirə edildi? - DETALLAR
Bakıda səfərdə olan Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Azərbaycanda parlament seçkilərini müşahidə etmək üçün yaradılmış xüsusi komitəsinin üzvləri...