Müşahidəçilər üçün müraciət müddəti bu gün başa çatır
Azərbaycanda fevralın 9-na təyin edilmiş növbədənkənar parlament seçkilərində müəyyən seçki dairəsinin hüdudlarında müşahidə aparılması üçün ərizələrin müvafiq dairə seçki komissiyasına təqdim edilməsi müddəti bu gün başa çatır.
BAKU.WS xəbər verir ki, Azərbaycan Respublikasında növbədənkənar parlament seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planına əsasən, aktiv seçki hüququna malik Azərbaycan Respublikasının vətəndaşı (öz təşəbbüsü ilə, qeydə alınmış namizədin, siyasi partiyanın, siyasi partiyalar blokunun, seçkilər sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatının təşəbbüsü əsasında) seçkilərin təyin edilməsi haqqında sərəncamın rəsmi dərc olunduğu gündən başlayaraq seçkilərin keçirilməsinə 5 gün qalanadək, yəni 2020-ci il fevralın 4-dək müraciət edə bilər.
Oxşar xəbərlər
Parlament seçkisi üçün könüllülər YAP-a 453 min manat topladı
Milli Məclisə seçkilərdə Yeni Azərbaycan Partiyasının (YAP) xüsusi seçki fonduna daxil olan vəsaitin məbləği açıqlanıb. BAKU.WS secki-2020.az-a istinadən xəbər...