Parlament seçkisi üçün könüllülər YAP-a 453 min manat topladı
03
fev
2020
11:32
Milli Məclisə seçkilərdə Yeni Azərbaycan Partiyasının (YAP) xüsusi seçki fonduna daxil olan vəsaitin məbləği açıqlanıb.
BAKU.WS secki-2020.az-a istinadən xəbər verir ki, partiya bununla bağlı hesabatını Mərkəzi Seçki Komissiyasına təqdim edib.
Maliyyə hesabatına əsasən, partiyanın xüsusi seçki fonduna fiziki şəxslərin könüllü ianəsi hesabına daxil olan vəsaitin məbləği 453 300 manat təşkil edib.
Qeyd edək ki, Azərbaycanda Milli Məclisə seçkilər fevralın 9-da keçiriləcək.
Oxşar xəbərlər
Müşahidəçi olmaq istəyənlər üçün müraciət müddəti başa çatdı
Azərbaycan Respublikasının bütün seçki dairələrində müşahidə aparılması üçün ərizələrin Mərkəzi Seçki Komissiyasına təqdim edilməsi müddəti başa çatıb. BAKU.WS...