Seçkilərdə gözdən əlil seçicilər üçün yenilik ediləcək

Seçkilərdə gözdən əlil seçicilər üçün yenilik ediləcək
Siyasət 219

Milli Məclisə seçkilərdə gözdən əlil seçicilərin səs verməsi üçün Brayl əlifbası ilə seçki bülletenləri çap olunacaq.

BAKU.WS xəbər verir ki, bu barədə secki-2020.az saytına açıqlamasında Mərkəzi Seçki Komissiyasının (MSK) katibi Mikayıl Rəhimov bildirib.

Onun sözlərinə görə, bütün seçki məntəqələrinə Brayl əlifbası ilə hazırlanan bülletenlər veriləcək. MSK katibi deyib ki, hazırda bununla bağlı proses başlayıb:

“Biz həmişə bunu tətbiq etmişik. Gözdən əlil seçicilərin səs verməsi üçün bütün məntəqələrin seçki bülletenləri ilə təmin olunması nəzərdə tutulub. Mərkəzi Seçki Komissiyası bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birlikdə müzakirələr aparır və ehtiyacı olan bütün məntəqələr lazım olan seçki bülletenləri ilə təmin ediləcək. Hər kəs diqqət mərkəzindədir və heç kəs diqqətdən kənarda qalmayacaq. Gözdən əlil seçicilərin də səsvermə hüquqları var, onların bu hüquqları tanınır”.

M.Rəhimov gözdən əlil seçicilərin səsvermə hüququndan istifadəsində heç bir problemin olmayacağını vurğulayaraq söyləyib:

“Mərkəzi Seçki Komissiyası bundan öncəki seçkilərdə də gözdən əlil seçicilərin səsvermə hüququndan istifadəsi üçün lazımi şərait yaradıb. Bu istiqamətdə heç bir problem yoxdur. Gözdən əlil seçicilərin səs vermək üçün məntəqəyə gəlməsinə, səsvermə kabinetinə daxil olmasına digər seçicilər kömək edə bilər. Lakin Brayl əlifbası ilə hazırlanmış bülleteni aldıqdan sonra onlar rahat şəkildə öz hüquqlarından istifadə edə bilərlər”.

Son xəbərlər