Deputatlığa namizədliyini geri götürənlərin sayı açıqlandı

Deputatlığa namizədliyini geri götürənlərin sayı açıqlandı
Siyasət 340

Fevralın 9-a təyin edilmiş parlament seçkiləri ilə əlaqədar qeydə alınan namizədlərin sayı açıqlanıb.

BAKU.WS secki.2020.az-a istinadən xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında məlumat verib.

MSK sədri qeyd edib ki, 1374 nəfərin namizədliyi qeydə alınıb və 263 nəfər seçkilərdə mübarizəni dayandırıb.

Xatırladaq ki, Milli Məclisə keçiriləcək seçkilərdə iştirak etmək üçün 2431 nəfər müraciət etmişdi.

Son xəbərlər