Vens: Biz Azərbaycanla münasibətlərdə yeni səhifə açırıq
ABŞ Azərbaycanla münasibətlərdə yeni səhifə açır.
Bunu ABŞ-nin vitse-prezidenti Cey Di Vens Azərbaycan Prezidenti İlham Əliyevlə birgə mətbuat konfransında bildirib.
"Biz bu dostluğa görə minnətdarlığımızı ifadə etmək, həmçinin həqiqətən səhifəni çevirmək və yeni fəsil açmaq üçün bu gün gəlmək istədik. Düşünürəm ki, ABŞ Prezidenti Donald Trampın və Azərbaycan Prezidenti İlham Əliyevin liderliyi ilə münasibətlər daha da möhkəm və uğurlu olacaq", - o qeyd edib.
Vens həmçinin ABŞ Prezidentinin ən xoş arzularını şəxsən Azərbaycan Prezidentinə çatdırıb və vurğulayıb ki, uzun müddət ərzində bu tərəfdaşlıq və dostluq ABŞ üçün çox böyük əhəmiyyət kəsb etməsinə baxmayaraq, lazımi qədər qiymətləndirilməyib.
Oxşar xəbərlər
Uraloğlu Zəngəzur dəhlizinin önəmindən danışıb
Çindən gələn yüklər Xəzər dənizi vasitəsilə, Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə Avropaya daşınır, Zəngəzur dəhlizi isə bu marşruta alternativ olacaq. BAKU.W...