Vanqanın 2023-cü illə bağlı dəhşətli proqnozu Ukraynada gerçəkləşdi
Dünyada bir çox hadisəni öncədən proqnozlaşdırdığı iddia edilən bolqar öncəgörücü Vanqanın 2023-cü il proqnozu Ukraynadan gələn dəhşətli xəbərdən sonra yenidən dünyanın gündəmindədir.
BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb bir ildən artıqdır Ukraynada davam edən müharibədə ölkənin ən böyük su elektrik stansiyalarından biri olan Kahovka bəndinin vurulması olub. Rusiya və Ukrayna bir-birini günahlandırsa da, Dnepr çayındakı bəndin partlaması nəticəsində bir çox yaşayış məntəqələrini su basıb.
Hazırda Zaporojye atom elektrik stansiyası təhlükə altındadır. Bu xəbərdarlıqdan sonra Vanqanın dünyanı fəlakətə sürükləyən nüvə fəlakəti ilə bağlı proqnozu bir daha gündəmə gəlib.
“Nyu-York Post”da yer alan xəbərdə Vanqanın keçmişdə verdiyi proqnozlara istinad edilib. Vanqanın 2023-cü ilin sonunda nüvə müharibəsi gözlədiyini bildirən qəzet, Vanqanın “Asiya üzərində çökəcək mistik bulud” sözlərini nüvə fəlakəti kimi şərh edib. Kəhanətə görə, supergücün istifadə edəcəyi silahla yer üzündəki həyat təhlükə altına düşəcək.
Bəs Vanqanın 2023-cü illə bağlı verdiyi digər qorxulu proqnozlar nədir?
Keçən il zəlzələ və fəlakətlərin artacağını, içməli su və ərzaq qıtlığının olacağını proqnozlaşdıran Baba Vanqanın bu il üçün verdiyi kəhanətlər çox da ürəkaçan deyil.
Vanqanın keçmişdə verdiyi açıqlamaları və proqnozlarını araşdıran ekspertlər bioloji silahların 2023-cü ildə istifadə oluna biləcəyini bildiriblər. Dünya mediasında gedən xəbərlərdə xüsusilə böyük dövlətlərin kiçik ölkələrə bioloji silahla hücum edə bildiyinə diqqət çəkilib.
Vanqanın 2023-cü il üçün söylədiklərini araşdıran mütəxəssislər, 2023-cü ildə Yerin orbitinin dəyişə biləcəyini və buna görə də çox böyük iqlim dəyişikliklərinin baş verə biləcəyini iddia edirlər. Burada Dünyanın Günəşə yaxınlaşması ilə yüksələn temperaturun və artan radiasiyanın insan həyatına mənfi təsir göstərə biləcəyi qeyd olunur. Yerin Günəşdən uzaqlaşacağı təqdirdə isə buz dövrünə qayıdılacağı və uzun müddət qaranlıqların çökəcəyi irəli sürülür.
Araşdırmaçıların sözlərinə görə, Günəşdə baş verəcək partlayışların və günəş sunamisinin təsirləri Yer kürəsində də hiss olunacaq.
Bu partlayışlar və tufanlar səbəbindən elektrik enerjisinin verilməsində kəsilmələr və rabitə kanallarında problemlər yarana bilər. Bu partlayışların vurduğu zərərlə qaranlıq dövrlərə geri dönüləcək.
Vanqanın başqa bir kəhanəti isə Asiya qitəsində nüvə partlayışıdır.
Vanqanın açıqlamalarını araşdıran ekspertlər Asiya qitəsində zəhərli bulud təbəqələrinin əmələ gələ biləcəyi və bir çox ölkələrin bundan təsirlənəcəyi barədə açıqlamalar veriblər.
Baba Vanqanın bir digər keçmiş açıqlamalarına görə, 2023-cü ildə insanlar laboratoriyalarda istehsal olunacaq. İddiaya görə, gələcəkdə təbii doğuş qadağa ediləcək və insanlar labaratoriyalarda istehsal ediləcəklər.
Oxşar xəbərlər
Müharibənin 1-ci ili: İşğal olunmuş Ukrayna əraziləri, itirilən Rusiya hərbçiləri... - FOTO
Bu gün Rusiya-Ukrayna müharibəsinin başlamasından 1 il keçir. BAKU.WS xəbər verir ki, ötən ilin fevralın 24-də Rusiya Prezidenti Vladimir Putin müraciətində Ukr...