Ukraynada AES-də başlayan yanğın söndürülüb - VİDEO - YENİLƏNİB
Zaporojye AES-in təlim-tədris korpusunda başlayan yanğın söndürülüb.
BAKU.WS xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Dövlət Xidməti məlumat yayıb.
Bildirilir ki, Zaporojye AES-in təlim-tədris korpusunda 2 min kvadrat metr sahədə yanğın nəzarət altına alınıb. Ölən və xəsarət alan yoxdur.
***08:16
Rusiya hərbçilərinin açdığı atəş nəticəsində Enerqodardakı Zaporojye atom elektrik stansiyasında yanğın baş verib.
BAKU.WS xəbər verir ki, AES-ə edilən hücumdan dərhal sonra Ukraynan Prezidenti Volodimir Zelenski dünya liderlərinə müraciət edib.
Zelenski xəbərdarlıq edib ki, bu cür hücumlar Çernobıl faciəsinin təkrarı ilə yekunlaşa bilər: “Avropa indi oyanmalıdır! Hazırda Avropanın ən böyük atom elektrik stansiyası yanır və Rusiya tankları nüvə bölmələrini atəşə tutur. Bunlar termal kameralarla təchiz olunmuş tanklardır. Yəni hara atəş açdıqlarını bilirlər. Onlar buna hazırlaşırdılar. Burada 6 enerji bloku var. Çernobılda cəmi 1 blok partlamışdı. Ukraynada 15 atom enerji bloku var. Burada partlayış Avropanın sonu ola bilər”.
Oxşar xəbərlər
Ermənistanın region üçün qurduğu "saatlı bomba" - Dəhşət yaşana bilər
Türkiyə-Azərbaycan Dostluq Dərnəkləri Federasiyası Ümumi Sədr müavini, Iğdır Azərbaycan evi Dərnəyi Sədri, jurnalist Serdar Ünsal Ermənistanda yerləşən Metsamor...