ÜST Avropanı pandemiyanın episentri elan etdi - VİDEO
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Avropa qitəsinin koronavirus pandemiyasının episentrinə çevrildiyini bəyan edib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə "Euronews" kanalı məlumat verib.
Qurumun baş katibi Tedros Adanom Gebreisus Cenevrədə keçirdiyi brifinqdə bildirib ki, Avropada gündəlik koronavirusa yoluxma halı Çindən çoxdur.
Qeyd edək ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 136 ölkədə qeydə alınıb.
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 140 214-ə çatıb. Bunların 70 733 nəfəri sağalıb, 5 123 nəfəri isə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.
"Avrupa artık salgının merkezi haline geldi. Günlük olarak Avrupa'dan bildirilen yeni vaka sayısı Çin'den fazla"
— euronews Türkçe (@euronews_tr) March 13, 2020
DSÖ Genel Direktörü, koronavirüs salgınındaki son durumu değerlendirdi
➡️ https://t.co/1T1aWRun0Z pic.twitter.com/tkOm47OZuK
Oxşar xəbərlər
Koronavirusla bağlı hər kəsi maraqlandıran 17 CAVAB - VİDEO
Çindən dünyaya yayılan koronavirus epidemiyası barədə yenilənmiş məlumatlar hazırlanıb. BAKU.WS xəbər verir ki, bu barədə İstanbul Universitetinin Cərrahpaşa Ti...