USAID-in Azərbaycandakı fəaliyyəti DAYANDIRILDI?
Artıq ABŞ də Amerika Beynəlxalq İnkişaf Agentliyinin (USAID) qanunsuz əməlləri ilə bağlı açıq mətnlə çıxış etməyə başlayıb.
Ən azından ABŞ dövlət katibi Marko Rubionun son açıqlamasına əsasən, belə qənaətə gəlmək mümkündür. M.Rubio USAID-in fəaliyyətindən narahat olduqlarını, onların müstəqil şəkildə fəaliyyət göstərən qeyri-hökumət təşkilatı olmadıqlarını vurğulayıb.
Dövlət katibi sözügedən təşkilatın xalqın vergiləri hesabına əldə etdikləri gəlirlə kimləri maliyyələşdirdiklərini, nə qədər vəsait ayırdıqlarını, podratçılarının kim olduğunu gizlətdiklərini bildirib.
Qeyd edək ki, bir müddət öncə Azərbaycan USAID-in ölkədə fəaliyyət göstərməsi üçün hüquqi əsası olmadığı və fəaliyyətini dayandırması barədə bildirişi ABŞ tərəfinə rəsmən göndərib.
Baku TV USAID-in Azərbaycandakı fəaliyyətini dayandırıb-dayandırmamasını öyrənmək üçün təşkilatın ofisində olub.
Bildirilib ki, bir aydır ofisə USAID-in əməkdaşlarından heç kim gəlmir.
Ətraflı süjetdə:
Oxşar xəbərlər
Fuad Muradov Ankarada pakistanlı və nigeriyalı həmkarları ilə diaspor məsələlərini müzakirə edib
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Pakistanın diaspor və insan resurslarının inkişafı üzrə naziri Çauduriy Salik Hussainqa və Nigeriyanın D...