UNICEF-in Azərbaycandakı nümayəndəliyinin fəaliyyəti dayandırılacaq
Yeniliklərdən dərhal xəbərdar olun
UNICEF-in Azərbaycandakı nümayəndəliyinin fəaliyyəti dayandırılacaq.
BAKU.WS xəbər verir ki, bu barədə məlumatı "Report"a UNICEF-in Avropa və Mərkəzi Asiya üzrə Kommunikasiya İdarəsinin regional rəhbəri İrina Mazur (Iryna Mazur) təsdiqləyib.
Bildirilib ki, UNICEF-in Azərbaycandakı fəaliyyəti qarşıdakı aylarda mərhələli şəkildə dayandırılacaq.
"UNICEF Azərbaycanda tərəfdaşlarla əməkdaşlığı regional ofisi və baş qərargahı vasitəsilə davam etdirəcək", - o əlavə edib.
İrina Mazur vurğulayıb ki, 1993-cü ildən bəri UNICEF Azərbaycan hökuməti ilə birgə çalışaraq uşaqlar üçün vacib xidmətlər və dəstək təmin edib:
"Son 30 il ərzində əməkdaşlığımız uşaq ölümlərinin azalmasına, keyfiyyətli təhsilə çıxışın genişlənməsinə və uşaq müdafiəsi sistemlərinin gücləndirilməsinə töhfə verib".
Qeyd edək ki, UNICEF dünyanın 190 ölkəsində uşaq hüquqlarını dəstəkləyən və qoruyan təşkilatdır.
Oxşar xəbərlər
Zakir Həsənov helikopter qəzasına görə Yaşar Gülərə başsağlığı verib
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının milli müdafiə naziri Yaşar Gülərə başsağlığı verib. Bu barədə BAKU.WS-ə Müda...