Tvitter "Threads"a görə "Meta"nı məhkəməyə verə bilər

Tvitter Threadsa görə Metanı məhkəməyə verə bilər
Siyasət 89

Tvitter "Threads" adlı yeni sosial şəbəkənin istifadəyə verilməsinə görə "Meta"nı məhkəməyə verə bilər.

BAKU.WS bu barədə xarici mətbuata istinadən xəbər verir.

Bildirilir ki, iyulun 6-da yeni onlayn platformanın istifadəyə verilməsindən qısa müddət sonra tvitteri təmsil edən "Quinn Emanuel" şirkətinin hüquqşünası Aleks Spiro "Meta"nın rəhbəri Mark Zukerberqə məktub göndərib və orada korporasiyanı tvitterin əqli mülkiyyətindən istifadədə ittiham edib.

"Tvitter öz əqli mülkiyyət hüquqlarını ciddi şəkildə tətbiq etmək niyyətindədir və "Meta"dan şirkətin kommersiya sirri olan hər hansı məlumatdan istifadəni dayandırmaq üçün dərhal addımlar atmasını tələb edir", - deyə Spiro bildirib.

Xüsusilə, Spiro keçən il İlon Mask tərəfindən satın alındıqdan sonra şirkətin ixtisarı zamanı "Meta"nın hələ də ticarət sirri məlumatlarına çıxışı olan onlarla tvitter işçisini işə götürdüyünə diqqət çəkib.

Son xəbərlər