Türkiyənin DİN rəhbəri: “İstanbulda terror aktını PKK/PYD törədib”
Ötən gün Türkiyənin İstanbul şəhərində partlayış PKK/PYD terror təşkilatı tərəfindən törədilib.
BAKU.WS “Report”a istinadən xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Süleyman Soylu bildirib.
O qeyd edib ki, partlayışa səbəb olan bombanı qoyan şəxs yerli polis idarəsi tərəfindən saxlanılıb. Lakin nazir onun kimliyini açıqlamayıb: “Bizə bu acıları yaşadanların daha çox acı çəkə biləcəyi bir cavabı tezliklə onlara göstərəcəyik".
“Nə olursa olsun, bu mübarizəni davam etdirəcəyik. Terrorçulara güc verən, pul göndərən müttəfiqlərimizin qeyri-səmimiliyi göz qabağındadır. Bu hücumu həyata keçirənlərin bizə hansı mesajı vermək istədiklərini bilirik. Bu mesajı aldıq. Qarşılığını daha ağır verəcəyik. Bu mesaja cavab aydın olacaq. Təbii, kədərimiz çox ağırdır”.
“Yaralılarımızdan 5-i hazırda reanimasiyadadır, onlardan ikisinin vəziyyəti ağırdır”, - yaralıların durumu ilə bağlı məlumat verən nazir qeyd edib.
Qeyd edək ki, ötən gün baş verən partlayış zamanı 6 nəfər həlak olub, 81 nəfər yaralanıb.
Oxşar xəbərlər
İstanbulda terror hadisəsini törədən qadın saxlanıldı
İstanbulun mərkəzində bomba qoyan şəxs saxlanılıb. BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu hadis...