Türkiyədə ağır yol qəzası: Avtomobil iki yerə bölündü

Türkiyədə ağır yol qəzası: Avtomobil iki yerə bölündü
Siyasət 1

Türkiyənin Eskişehir şəhərinin Odunpazarı rayonunda sürücünün idarəetməni itirərək avtomobili tramvay yolunun kontakt şəbəkəsinin dirəyinə çırpması nəticəsində bir nəfər ölüb, üç nəfər yaralanıb.

BAKU.WS Türkiyə mediasına istinadən xəbər verir ki, zərbənin gücündən nəqliyyat vasitəsi iki yerə bölünüb.

Yaralanan sürücü və sərnişinlər xəstəxanaya yerləşdirilsələr də, birincinin həyatını qurtarmaq mümkün olmayıb.

Sərnişinlərdən birinin həyati təhlükəsi qalmaqdadır.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər