Türkiyədə ağır qəza: 5 nəfər öldü - FOTO

Türkiyənin Tokat-Sivas avtomobil yolunda mikroavtobus yük maşınına çırpılıb.
BAKU.WS bu barədə "TRT Haber"ə istinadən xəbər verir.
Tokat-Sivas avtomobil yolunun Yatmış kəndi ilə Tokat istiqamətində hərəkət edən mikroavtobus eyni istiqamətdə hərəkət edən şəkər çuğunduru ilə yüklü yük maşına çırpılıb.
Məlumata görə, hadisə nəticəsində mikroavtobusda olan 5 nəfər ölüb.
Hadisə yerinə çox sayda təcili tibbi yardım maşınları, jandarma və polis qrupları cəlb edilib.
Tokat Bələdiyyəsinin xilasetmə qrupları tərəfindən mikroavtobusda sıxışdıqları yerdən xilas edilən 5 nəfərin yoxlamalar zamanı öldüyü müəyyən edilib.
Qalereya
Oxşar xəbərlər
Türkiyədə mikroavtobus aşdı: Çox sayda yaralı var
Türkiyənin Van vilayətinin Gevaş rayonunda mikroavtobus aşıb. BAKU.WS "TRT Haber"ə istinadən xəbər verir ki, Atalan Məhəlləsində mikroavtobus təkərin partlaması...
