Türkiyədə içərisində hərbçilər olan mikroavtobus qəzaya düşdü - Çox sayda yaralı var

Türkiyədə içərisində hərbçilər olan mikroavtobus qəzaya düşdü - Çox sayda yaralı var
Siyasət 145

Türkiyədə içərisində hərbçilər olan mikroavtobus qəzaya düşüb.

BAKU.WS “milliyyet”ə istinadən xəbər verir ki, qəza Kocaelidə baş verib.

Hərbçiləri aparan mikroavtobus bir minik maşını ilə toqquşub. Zərbənin təsirindən mikroavtobus binalardan birinə çırpılıb.

Qəza zamanı çox sayda türk hərbçisi yaralanıb.

Əraziyə təcili yardım və xilasedicilər cəlb olunub. Xəsarət alanlar arasında vəziyyəti ağır olanlar da var.

Son xəbərlər