Makrona sillə vuran şəxsin evindən görün nələr çıxdı - FOTO/VİDEO
Fransa Prezidenti Emmanuel Makrona Fansanın Drome bölgəsinə səfəri zamanı sillə vuran şəxsin sosial media hesabında paylaşdığı fotolar diqqət çəkib.
BAKU.WS xəbər verir ki, döyüş ustası olan 28 yaşlı Damien T.-nin evində aparılan axtarış zamanı onun Adolf Hitler tərəfdarı olması üzə çıxıb.
Onun evində axtarış zamanı xeyli sayda silah, o cümlədən nasist liderin müəllifi olduğu "Mayn kampf" ("Mənim mübarizəm") adlı kitabı aşkar olunub.
Emmanuel Makron yerli "Dauphine Libere" qəzetinə müsahibə zamanı baş verənləri belə qiymətləndirib:
"Respublikada səlahiyyətlilərinə hörmət edilməlidir. Mən bu mübarizəni heç vaxt dayandırmayacağam. Nə olursa olsun, səlahiyyətlilər bizdən daha böyükdür və hücuma məruz qalmamalıdır. Həddindən artıq zorakılıq tərəfdarı olan şəxslərin hakim olmasına icazə verməməliyik. Fransada ifadə azadlığı var".
Oxşar xəbərlər
Makrona sillə vuran şəxs görün kim çıxdı - FOTO/VİDEO
Fransanın Drome bölgəsinə səfəri zamanı prezident Emmanuel Makrona sillə vuran şəxsin peşəkar idmançı olduğu üzə çıxıb. BAKU.WS "AFP"yə istinadən xəbər verir ki...