Türkiyədə fövqəladə vəziyyət rejimi daha 3 ay uzadılıb
17
apr
2018
22:37
Türkiyə hökuməti ölkədə fövqəladə vəziyyət rejiminin daha 3 ay uzadılmasına dair qərar qəbul edib. Bu barədə baş nazirin müavini Bəkir Bozdaq bildirib.Bundan əvvəl prezident Rəcəb Tayyip Ərdoğanın rəhbərliyi ilə keçirilmiş Türkiyə Milli Təhlükəsizlik Şurasının iclasında ölkədə fövqəladə vəziyyət rejiminin daha 3 ay uzadılması tövsiyə edilib. Daha sonra hökumətin iclası keçirilib. Sabah isə parlamentdə müvafiq qərarla bağlı səsvermənin keçiriləcəyi gözlənilir. Qərarın təsdiqi üçün 276 səs gərəkdir.Qeyd edək ki, Türkiyədə fövqəladə vəziyyət rejimi 2016-cı il iyulun 15-də dövlət çevrilişinə cəhddən sonra tətbiq olunub.BAKU.WS
Oxşar xəbərlər
Türkiyədə fövqəladə vəziyyət rejimi uzadıldı
Türkiyə parlamenti ölkədə fövqəladə vəziyyət rejiminin uzadılmasına dair qərar verib. BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, fövqəladə vəziyyət re...