Türkiyədə bələdiyyə seçkiləri keçirilir
31
mar
2019
10:10
Bu gün Türkiyədə bələdiyyə seçkiləri keçirilir. Bu seçkilərlə bələdiyyə başçıları, bələdiyyə şuralarının üzvləri ilə yanaşı, kəndlərin, şəhər rayonlarının və məhəllələrin muxtarları da müəyyən olunacaq.Səsvermədə ümumilikdə təxminən 57 milyon vətəndaşın iştirak edəcəyi gözlənilir. Səsvermə hüququna malik vətəndaşların sayına görə 10 milyon 560 min 963 nəfərlə İstanbul ilk sıradadır. Şəhər üzrə ən çox seçicinin 556 min 619 sayla Esenyurt rayonundan olacağı gözlənilir. Türkiyənin ən az seçicisi olan bölgə isə 58 min 562 nəfərlə Bayburtdur.Seçkilərdə 8 min 270 namizəd mübarizə aparır. Onlardan 630-u müstəqil namizədlərdir. Böyükşəhər Bələdiyyəsi sədrliyinə 71 namizədin 24-ü İstanbuldandır.Seçki ölkənin əksər bölgələrində yerli vaxtla 08.00-dan 17.00 qədər, şərq hissəsində isə bir saat fərqlə, 07.00-dan 16.00-dək davam edəcək.Qeyd edək ki, bu il keçirilən seçkilərdə Türkiyə vətəndaşlığı almış 54 minə yaxın suriyalı da səsvermə hüququ qazanıb.Azertag
Oxşar xəbərlər
Binali Yıldırım azərbaycanlılara məxsus “Haber Global” kanalında (VİDEO)
Türkiyədə bələdiyyə seçkilərində İstanbul Böyükşəhər Bələdiyyə sədrliyinə namizədliyini irəli sürən Binali Yıldırım "Haber Global" kanalının qonağı olub. BAKU.W...